Azərbaycan bu gün BMT-yə ikinci hesabatını təqdim edəcək
15.7.2019

Azərbaycan bu gün dayanıqlı inkişaf üzrə ikinci hesabatını BMT-yə təqdim edəcək.

Sənədin təqdimatı və müzakirəsi BMT-nin Dayanıqlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda baş tutacaq.

Forum BMT-nin Nyu-York şəhərində yerləşən Baş Qərargahında keçiriləcək.

Bu, rəsmi Bakının təqdim edəcəyi sayca ikinci hesabatdır.

Qeyd edək ki, hesabatı təqdim etmək məqsədi ilə Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov ABŞ-a işgüzar səfərə gedib.

Xatırladaq ki, dünyanın cəmi 14 ölkəsi BMT-yə ikinci hesabatı verəcək.