Bu gün 2019/2020 avrokubok mövsümündə II təsnifat mərhələsinə vəsiqə qazanacaq ilk komandalar müəyyənləşəcək.
Çempionlar Liqası (ÇL) və Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra, ümumilikdə, 9 komanda növbəti raunda yüksələcək.
Moldovada Gürcüstan “Saburtalo”suna 0:3 hesabı ilə uduzan “Şerif” səfərdə lazımı nəticəni təmin edə bilməsə, Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqibi olacaq. Azərbaycan çempionu ÇL-də Albaniyanın “Partizani” kollektivini mübarizədən kənarlşadırmağı bacarmasa, çıxışını qitənin ikinci dərəcəli klub turnirində davam etdirəcək.
Tiranadakı ilk görüşdə qolsuz heç-heçə edən Ağdam təmsilçisi evdə rəqibindən üstün olarsa, ÇL-də “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
19:00. “Şkendiya” (Makedoniya) - “Nımme Kalyu” (Estoniya)
İlk oyun – 1:0
21:30. “Saburtalo” (Gürcüstan) - “Şerif” (Moldova)
İlk oyun – 3:0
22:00. “HB Torshavn” (Farer adaları) - HİK (Finlandiya)
İlk oyun – 0:3
22:00. “Valletta” (Malta) - “Düdelanj” (Lüksemburq)
İlk oyun – 2:2
22:45. “Ferronikeli” (Kosovo) - TNS (Uels)
İlk oyun – 2:2
22:45. “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva)
İlk oyun – 0:0
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunları
19:00. “Banants” (Ermənistan) - “Çukariçki” (Serbiya)
İlk oyun – 0:3
21:00. “Klaksvik” (Litva) - “Riteryay” (Farer adaları)
İlk oyun – 1:1
22:30. “Titoqrad” (Monteneqro) - MOİK (Sofiya, Bolqarıstan)
İlk oyun – 0:4