On illərdir ki, siçanlar elmi tədqiqatlarda insan xəstəliklərinin müalicə metodlarını təkmilləşdirmək üçün təcrübə heyvanı kimi istifadə edilir.
Aparılan son araşdırmalardan sonra məlum olub ki, siçanlar təcrübə üçün o qədər də ideal deyillər. Üç ölümcül xəstəlik: infeksiya, yanıqlar və travma məsələsində siçanların insanlara görə həddindən artıq dözümlü olduğu bəlli olub. Və siçanlar üzərində aparılan tədqiqatların reallığı düzgün əks etdirmədiyi bildirilib.
Xərçəng və ürək xəstəlikləri kimi təcrübələrdə də siçanlardan istifadənin şübhəli olduğu iddia edilir.
ANN.Az