Bu gün Kənd Təsərrüfatı Nazirliyi "Şəhərdən kəndə" layihəsi çərçivəsində ekoturizm layihəsinin təbligi məqsədilə bir qrup jurnalist üçün Şəkiyə infotur təşkil edilib.
Tur Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Ticarət Şirkəti" MMC tərəfindən həyata keçirilir.
İnfotur çərçivəsində şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mayıs Musayev bildirib ki, bu səfər aqro ekoturizm layihəsi çərçivəsində həyata keçirilir.
"Azərbaycanda aqro ekoturizmlə fərdi qaydada bəzi təsərrüfatlar məşğul olsa da, geniş yayılmayıb. Biz ekoturizmi Azərbaycanda genişləndirmək istəyirik. Avqustdan etibarən ekoturizmlə bağlı turlar təşkil ediləcək".
O vurğulayıb ki, səfər çərçivəsində Şəkidə bağ təsərrüfatlarına baxış keçiriləcək.