Ledi Qaqanın ağır xəstəliyə tutulması pərəstişkarlarını şoka salmışdır
14.2.2013

Dünyanın ən ekstravaqant müğənnilərindən olan amerikalı Ledi Qaqa çox ağır vəziyyətdədir.
İyirmi altı yaşlı müğənninin oynaqlarındakı ağrılar onu Monster Ball Tour çərçivəsində planlaşdırdığı konsertlərin bəzilərini təxirə salmaq məcburiyyətində qoymuşdur. Müğənni Twitter və Facebookdakı profillərində bildirmişdir ki, oynaqlarında dəhşətli ağırlar olduğundan gəzə bilmir. Xroniki ağrılarımı bütün əməkdaşlarımdan gizlədir, sağalmağım üçün dua edirdim. Fanatlarımı pərişan etmək istəmirdim. Lakin son ayda vəziyyətim lap ağırlaşmışdır. Axırıncı konsertdən sonra isə, ümumiyyətlə, gəzə bilmirəm.
Həkimlərin dediklərinə görə, müğənnidə ifrat çalışmağın nəticəsi olan sinovit yaranmışdır. Sinovit oynaqların ağır xəstəliyidir.
Bununla bağlı Ledi Qaqaya yaxınlardakı üç konsert-şounu təxirə salmaq məsləhət görülmüşdür.
Həmin şoular Çikaqo, Detroyt və Hemilton şəhərlərində olmalı idi. Fevralın 19-da isə Ledi Qaqa Filadelfiyada konsert verməlidir.

AzerTac