Azərbaycan cüdoçusu Vüqar Talıbov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə italiyalı Luici Sentasshini ilə üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Talıbov gümüş medalla kifayətlənib.
66 kq-da yarışan Mətin Rzazadə üçüncü yer uğrunda görüşdə macarıstanlı Daniel Zeqediyə uduzub.
Qadın cüdoçu Aytac Qardaşxanlı üçüncü yer uğrunda qarşılaşmadan məğlub ayrılıb. 57 kq-dakı cüdoçu Almaniya təmsilçisi Samira Bokun müqavimətini qıra bilməyib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk yarış günündə 1 qızıl, iki bürünc medal əldə ediblər.