Əsmər qadınlar digər həmcinsləri ilə müqayisədə daha uzun yaşayırlar. Açıq rəngli dəriyə malik qdınlarda dəri xərçəngi riski daha yüksəkdir. Çanaqqala On səkkiz May Universitetinin mütəxəssisi Zerrin Öğretmen yaydığı yazılı açıqlamada dəri rəngi ilə xəstəliklər arasında bağlantı olduğuna diqqət çəkib. Açıq rəngli dərili qadınlarda yaşlanma prosesidə nisbətən daha sürətlə gedir.
Tünd rəngli dərinin daha gec yaşlanmasına səbəb isə onda yaranan bəzi piqmentlərdir. Hansılar ki, onlar açıq dərilərdə olmur.
"Bəzən dəri yaşından daha yaşlı və ya gənc görünə bilər. Bu qəbul edilən qidalar, yaşanan yer, içkilərin təsiri olduğu şübhəsizdir. Daha bir ünsür isə günəş işığıdır. Günəşin yaydığı ultrabənövşəyi A şüaları yaşlanmağa, B şüaları isə yanıqlar meydana gətirir. Günəşdən hər zaman qorunmaq gərəkdir. Həyatın ilk 20 nilində nə qədər çox gün işığına məruz qalsanız, sonrakı illərdə yaşlanma bir o qədər çox olacaq. Bu isə dəri xərçəngi riskini artırı. Günəş qışda belə zərəli ola bilər. Yayda 15 dəqiqə ərzində qəbul edilən şüalanmaı, qışda 1 saata almaq olar".
Mütəxəxssisin sözlərinə görə, dəniz gün işığını əks etdirir. Buna görə də, xüsusilə dəniz kənarında olarkən qorunma kremlərindən mütləq istifadə edilməlidir.
ANS PRESS