İnternet insan həyatının ayrılmaz hissəsinə çevrilib.
Bir çox evlərdə Wi-Fi quraşdırılıb. Wi-Fi routerin şüalarının miqdarı az olsa da, araşdırmalar göstərib ki, bu şüaların orqanizmdə toplanması mümkündür. Alimlərin fikrinə görə, şüaların toplanması insanın əhvalına və sağlamlığına mənfi təsir edə bilər.
Alimlər Wi-Fi-dan müntəzəm olaraq istifadə edən insanlarda bu kimi pozulmaların mümkün olduğunu qeyd edirlər:
- Baş beyini
Kəllədaxili təzyiqin qalxması, trombların və digər təhlükəli patologiyaların inkişafı.
- Sinir sistemi
Apatiya, halsızlıq, yuxululuq, iş qabiliyyətinin azalması.
- Kişi sağlamlığı
Cinsi həvəsin və potensiyanın azalması, spermanın keyfiyyəninin aşağı düşməsi.
- Uşaqlar
Uşaqların inkişafda olan orqanizmi üçün bu şüalar daha ziyanlı sayılır.
- Hamilə qadınlar
Mütəxəssislər hamilə qadınlara Wi-Fi şüalarından uzaq olmağı, İnternetdən az istifadə etməyi tövsiyə edirlər.
Alimlər Wi-Fi şüalarının orqanizmə olan mənfi təsirini azaltmaq üçün Wi-Fi routeri uşaq və yataq otaqlarından uzaqda yerləşdirməyi, gecə saatlarında routeri söndürməyi tövsiyə edirlər.
Saglamolun.Az