Ev şəraitində DABAN ÇATLARInın müalicəsi
6.8.2019

Daban çatları həm kosmetik qüsur yaradır, həm də ağrılara səbəb olur.

Saglamolun.az belə çatları ev şəraitində müalicə etmək üçün çox sadə vasitəni təqdim edir. Bu naşatır spirti ilə qliserinin qarışığıdır (hər ikisi apteklərdə çox ucuz qiymətə satılır).

Ayaqlarınıza isti vanna edin. Suya sabun və soda əlavə edin. Dəri yumşalandan sonra daban daşı ilə yaxşı təmizləyin.

Naşatır spirti ilə qliserini qarışdırın (vasitələr eyni miqdarda götürülür). Hazır qarışığı soyuducuda saxlayın.

Qarışıqda tənzif isladın, dabanların üzərinə qoyun, üzərini polietilenlə bağlayın və pambıq corab geyinin. Bunu axşamdan edin. Səhər kompresi götürün, ayaqlarınızı yuyun, daban daşı ilə təmizləyin.

Bu prosedurları 3-4 gün ərzində etdikdən sonra çatlar adətən sağalır.

Çatlar çox dərindirsə, bu resept kömək etməyə bilər.

Saglamolun.Az