Soyuducuda saxlanılması qadağan olunan 12 qida məhsulu
8.8.2019

Ərzaq və qida məhsullarını soyuduca saxlamaqla xarab olmasının qarşını almaq olar.

Məşhur nəzəriyyənin əksi olaraq mütəxəssislər bəzi ərzaq məhsullarının soyuduca saxlanılmamasını tövsiyə edirlər.

Sizə soyuducuda saxlanılması qadağan olunan 12 ərzağın siyahısını təqdim edirik:

1.Banan

Kanadanın istehsal və marketinq təşkilatı elan edib ki, banan insan bədəninə faydalı qidadır və soyuducuda saxlanılmamlıdır. Otağın istiliyi ilə tədriclə yetişir.

2. Kartof

Kanada kartof istehsalçıları birliyi bildirib ki, kartof sərin, quru və qaranlıq yerdə saxlanılmalıdır. Soyuducuda kartofun nişastası şirinləşir. Plastik kisədə saxlamağı da məsləhət görmürlər və kartofun saxlanılması üçün ən yaxşı vasitə karton qablardır.

3. Soğan

Amerikalı mütəxəssislər bildirir ki, soğan soyuducuda saxlanılarsa xarab olur. Soğanı hava dəyə biləcək bir yerdə soyuducudan kənarda saxlamaq lazımdır. Lakin soğanın qabığı soyularsa qabın içərisində soyuducuda saxlanıılması məsləhətdir.

4. Avokado

Avokado da soyuducudan kənarda saxlanılmalıdır. Çünki soyu hava avokadonun yetişməsini əngəlləyir.

5. Sarımsaq

Sarımsağın soyuducuda saxlanılması onun xarab olmasına səbəb olur. Soyuducuda onların zahiri görünüşü dəyişməsə də, istifadə etdikdə xarab olmasını görmək olar.

6. Çörək

Çörək soyuducuda öz rütubətini itirir və onu çeynəməyi çətinləşdirir. Yaxşı olar ki, soyuducudan kənarda saxlanılsın.

7. Qəhvə

Qəhvə dənəsi və tozunu soyuducuda saxlamaq olmaz. Onları sərin, qaranlıq və quru yerdə saxlamaq lazımdır. Amma əgər uzun müddət üçün qəhvəni saxlamaq istəyirsinizsə, hava buraxmayan bir kisəyə tökün və onu frizerdə saxlayın. Belə olduqda qəhvəni 1 ay saxlaya bilərsiz.

8. Bal

Bal ağzı bağlı olan bir qutuda həmişə təzə qalır, bu səbəbdən onu soyuducuda saxlamaq faydasızdır. Balın soyuducuda saxlanılması onu xarraşmasına səbəb olur.

9. Qarpız

Qarpızı kəsməmiş soyuducuda saxlmaq olmaz. Ona görə ki, otaq temperatorunda qarpız antioksidantlarını qoruyub saxlayır. Amerika Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qarpız kəsilmədən soyuducuya qoyularsa bədəndə A vitamini nə çevrilən maddə xasiyyətini itirir. Qarpızı kəsdikdən sonra soyuducuya qoymaq olar, lakin bu zamanda üzərini örtmək lazımdır.

10. Boranı

Boranını da soyuducuda deyil sərin, qaranlıq və hava ötürücüsü olan bir yerdə saxlamaq lazımdır.

11. Zeytun yağı

Zeytun yağı soyuducuda acılaşır və yaxşı olar ki, sərin və qaranlıq yerdə saxlanılsın.

12. Reyhan

Reyhan soyuducuda iyini itirir və digər ərzaqların qoxusunu özünə yığır. Reyhanı mətbəxdə bir stəkan suyun içərisində saxlamaq məsləhətdir. Reyhanı uzun müddət saxlamaq üçün onu dondurmaq məsləhət görülür.⁠⁠⁠⁠

Maide.az