“Dəniz kuboku - 2019” müsabiqəsinin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində hərbi dənizçilər “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqlarını yerinə yetiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələnin də qalibi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası olub.
Qərara əsasən Azərbaycan hərbi dənizçiləri birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü, İran isə dördüncü yerə layiq görülüb.