13 noyabr 11:00-dan 17:00-a qədər Bakıda ənənəvi xalq yaradıcılığı
sərgisi keçiriləcək. Sərginin təşkilatçıları Norveç Humanitar Müəssisəsi
və Beynəlxalq "Rotari" klubdur. Sərgi Azərbaycanın müxtəlif
rayonlarından incəsənət ustaları ilə tanışlığa həsr edilib. Sərgidə hər
bir arzu edən xalq yaradıcılığı əşyası əldə edə bilər. Sərginin
keçirilmə yeri -Hyatt Regency otelində Kishmish Hall.