Google 1 milyard dollardan keçəcək
14.2.2013

2014-cü ildə Google-un axtarış sisteminin Apple-ın iOS platforması ilə işləyən mobil qurğularında başlanğıc ayar kimi saxlanılması internet nəhənginə 1 milyard dollara başa gələcək.

Bu barədə Morgan Stanley-in analitik Skot Devit bildirib. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə müvafiq razılaşma Google şirkətinə 82 milyon dollar başa gəlmişdi.

Ekspert hesab edir ki, ildən ilə ödəmə həcminin artması iOS platforması ilə işləyən qurğuların istifadəçi bazasının artması ilə bağlıdır. Apple indiyə qədər iOS platforması ilə işləyən 450 milyondan çox qurğu satıb.
Devitə görə, Google şirkəti iPhone, iPad və ‘iPod touch qurğlarında reklam elanlarının nümayişindən qazandığı hər bir dolların 75 sentini tərəfdaşının hesabına keçirir.

Google şirkəti Nokia-Microsoft alyansı tərəfindən gözlənilən təhlükəyə görə bu sazişdən imtina edə bilmir, çünki Microsoft-un Bing axtarış mühərriki Nokia-ın ağıllı telefonlarında başlanğıc ayar kimi təyin edilib.

Milli.Az