Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.
“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər.