İndi biznes sahibləri “Unibank”dan biznes kreditini 16 %-lə, girovsuz və cəmi 15 dəqiqə ərzində onlayn şəkildə götürə bilərlər. Bank yerli biznesin inkişafına dəstək məqsədilə overdraft krediti faizlərini bir qədər də azaldıb. Overdraft kredit faizləri “Loyallıq” layihəsi üzrə 2%, “Ekvayrinq” üzrə 3%, “Əmək haqqı” layihəsi üzrə isə 6% aşağı salınıb.
Overdraft kreditlər biznes sahiblərinin təxirəsalınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Maksimal məbləği 100.000 AZN-dək olan bu kreditlərin məhsulun şərtlərindən asılı olaraq, banka faizsiz qaytarılması imkanı da mövcuddur.
“Unibank”dan overdraft krediti götürməyin digər üstünlüyü də biznes sahibinin bu vəsaiti banka gəlmədən, dəqiqələr ərzində, birbaşa hesabından əldə etməsidir. Azərbaycanda ilk dəfə olaraq korporativ müştərilərinə onlayn kredit xidmətləri təqdim edən Unibank, biznes sahiblərinin cəmi 15 dəqiqə ərzində lazım olan vəsaiti əldə etməsinə imkan yaradıb.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından https://www.unibank.az/az/corporate/index əldə etmək olar.
Unibank - Biznesinizə daimi dəstək!