Səhmdar Uorren Baffetin “Berkshire Hathaway” şirkətini özündə birləşdirən investisiya konsorsiumu və “3G Capital” Fondu 28 milyard dollar həcmində müqavilə bağlayıb. Dünyada ən iri sous və ketçup istehsalçısı olan H.J.Heinz Co şirkəti məhz bu məbləğə satılıb.
The Wall Street Journal” yazır ki, “Heinz” səhmdarları və tənzimləyiciləri sövdələşməni təsdiq edərlərsə bu, M&A-nın sövdələşmə tarixində ən böyük həcmli müqavilə olacaq.
Sövdələşmənin şərtlərinə görə, bir səhmin qiyməti 72,50 dollar təşkil edəcək. Spagetti və dondurulmuş ət üçün sous buraxan “Heinz” bütün dünyada ketçup istehsalçısı kimi məşhurdur. O il ərzində 650 mln. şüşə ketçup satır.
Şirkət 1869-cu ildə Britaniyada təsis edilib.
Gün.Az