Cənubi Koreyanın paytaxtı Seul meriyasının təşkilatçılığı, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə ənənəvi dostluq festivalı keçirilib.
Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin zəngin tarixini və mədəniyyətini əks etdirən əyani vəsaitlər, o cümlədən kitablar, jurnallar, milli geyimlər, suvenirlər nümayiş olunub.
Cənubi Koreyada təhsil alan azərbaycanlı tələbələr səfirliyimizin dəstəyi ilə festivalın qida sərgisində iştirak edərək, milli mətbəximizin təamlarını təqdim ediblər.