“Azercell” fakturalı xətt abunəçiləri üçün yeni danışıq paketlərini istifadəyə verib.
Şirkətdən verilən məlumata görə, paketlərə qoşulanlar üçün şəbəkə daxili zəngin 1 dəqiqəsi cəmi 5 qəpikdir.
Belə ki, abunəçilər 10 AZN müqabilində 200, 20 AZN müqabilində 400, 30 AZN müqabilində isə 600 şəbəkədaxili dəqiqələr əldə edə bilərlər.
Qeyd edək ki, danışıq paketlərini yalnız korporativ paketlərdən istifadə etməyən fiziki Fakturalı Xətt (Bizimkilər, Biznes 200 və Hər Yerə tarif paketləri) abunəçiləri sifariş edə bilər.
Danışıq paketlərini sifariş etmək üçün abunəçilər müvafiq paketin adını (200, 400 və ya 600) yazıb 8888 qısa nömrəsinə göndərməlidir.
8888-e göndərilən 1 SMS-in qiyməti 0.01 AZN-dir. Paketdən imtina etmək üçün abunəçi 8888-yə STOP yazıb göndərə bilər. Danışıq paketlərində təqdim olunan dəqiqələrin rouminq zəngləri, video zənglər və qısa nömrələrə edilən zənglər üçün istifadə edilə bilməz. Eyni zamanda abunəçi fakturalı xətdən fakturasız xəttə keçdikdə onun cari paketdən istifadə etmək imkanı məhdudlaşdırılacaq.
“Azercell Telekom” MMC 1996-cı ildə yaradılıb. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan “Azercell” in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna “Azercell” abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil edib. 2011-ci ildə “Azercell” 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim edib
Gün.Az