Kartofun ağciyərə inanılmaz faydası
6.9.2019

Ən çox istifadə edilən tərəvəzlərdən olan kartofun ağciyərə olduqca faydası vardır.

Kartof antioksidant baxımından zəngindir. Ürək xəstəliklərinə qarşı qoruyucu xüsusiyyəti olan kartof istər ağciyər xərçəngi, istərdə də infarkta qarşı ürəyi qoruyur.

Tərkibində olan B6 vitamini sayəsində qanın damarlardan rahat keçməsini təmin edir və ürəyin daha rahat fəaliyyətinə yardımçı olur. Kalium isə qan axını sürətini nizamlayır və ürəyin təbii ritmini qoruyur.

Kartof eyni zamanda diabetə qarşı da olduqca təsirlidir. Nişasta nisbəti çox olmasına baxmayaraq şirəsindən istifadə qandakı şəkər miqdarını azaldır.

Qeyd etmək lazımdır ki, yeməklərdə ən çox istifadə olunan tərəvəzlərdən olan kartofu qızartma şəklində deyil, yağsız qaynadaraq və ya sobada bişirərək yemək faydalılığı baxımından böyük əhəmiyyət kəsb edir.