Günün ulduz falı
10.11.2011

Qoç - Gün düşünülmüş konkret təşəbbüslər üçün münasibdir. Məhz bu sizə azadlıq əldə etmək və başqalarından, hətta ən yaxınlarınızdan asılı olmamaq imkanı yaradacaq. Maddi təminat, daimi qazanc mənbəyi ola biləcək təbii istedad, eləcə də özünüzə, öz imkanlarınıza olan psixoloji inam əsas dayağınız ola bilər.

Buğa - Bugünkü davranışınız özünüzü necə hiss etməyinizdən, eləcə də ailədə hökm sürən ümumi psixoloji atmosferdən asılı olacaq. Əgər yaxınlarınız və ətrafınızdakı insanlarla münasibətləriniz sizi əsəbiləşdirirsə, onda haqsız yerə həyat yoldaşınızı istənilən şeyə görə ittiham edə bilərsiniz. Çalışın, öz problemlərinizi ətrafınızdakılara yükləməyəsiniz.

Əkizlər - Bu gün intensiv ünsiyyət və fikir mübadiləsinə üstünlük verməkdənsə, maddi vəziyyətin yaxşılaşmasına yönəlmiş işə üstünlük versəniz, daha yaxşı olar. Qara gün üçün saxladığınız vəsait barədə düşünün. Çünki bu vəsait nə qədər böyük olsa, özünüzü daha çox müdafiə olunmuş və sakit hiss edə bilərsiniz. Topladığınız pulların bir hissəsini tibbi və başqa xidmətlərə xərcləyəcəyiniz istisna olunmur.

Xərçəng - Bu gün həmfikirlərinizin maraqları sizin şəxsi marağınıza çevrilə bilər. Sizin tam şəkildə cəmiyyətin işləri ilə yüklənəcəyiniz istisna olunmur. Lakin bu sizin övladlarınıza və sevdiyiniz insana qarşı emosional bağlılığınızı zəiflətməyəcək.

Şir - Sizin ruhi vəziyyətiniz və ümumi əhval-ruhiyyəniz həyatınızın nə qədər düzgün qurulub-qurulmadığından, eləcə də əsas hədəfləri ikinci dərəcəlilərdən ayırmağa öyrəşib-öyrəşməməyinizdən asılı olacaq. Əgər tarazlıq nöqtəsini düzgün seçibsinizsə, özünüz və yaxınlarınızın dolanışığı üçün pul qazanacaq, buna görə heç bir psixoloji diskomfort hiss etməyəcəksiniz.

Qız - Əgər siz yuxudan çox tez oyanan adam deyilsinizsə, günün yüngül başlayacağını gözləməyin. Taleyin sizi operativlik və bacarıqla bağlı sınağa çəkəcəyi istisna deyil. Təbii işgüzarlığınız və təfəkkürünüz günün ikinci yarısında gərəkli olacaq. Təhsilə, hər hansı gəlirli xarici biznesə, dinə, fəlsəfəyə və uzaq səyahətlərə marağınız arta bilər.

Tərəzi - İşgüzar tandem və ya ailə ittifaqınızın rifahı bu gün maddi vəziyyətinizdən daha vacib olacaq. Mülk bölgüsü və ya dəyərli malların saxlanılması ilə bağlı məsələlər diqqətinizi cəlb edə bilər. Bu, uzunmüddətli bank əmanətləri və səhmlərlə maraqlanmaq üçün münasib vaxtdır.

Əqrəb - Bu gün münasibətlərdə əsas rolu ikinci tərəf oynayır. Bunu şəxsi keyfiyyətlərinizin qəbul edilməməsi kimi başa düşməyin. Ola bilsin, yaranmış vəziyyətdə siz yox, məhz başqa adam sizin ümumi maraqlarınızı daha effektiv şəkildə təmsil edə bilər. Küsüşmək və ya yarışa girməyin cazibəsinə yenilməyin.

Oxatan - Bu gün istənilən məsələnin həlli davamlılıq və ardıcıllıq tələb edəcək. Artıq emosiya (qısqanclıq, şübhələnmək və ya başqasının sərvətinə qarşı paxıllıq) gördüyünüz işin keyfiyyətinə də, əhval-ruhiyyənizə də mənfi təsir edə ilər. İşlədiyiniz kollektivdəki intriqalarda iştirak etməyin və sakitcə öz işinizlə məşğul olun. Əgər utandırıcı sirriniz yoxdursa, dedi-qodulardan qorxmayın.

Oğlaq - Gün ilk növbədə istirahət və qeyri-formal məşğuliyyətlər üçün münasibdir. Boğanaq ofisi tərk etmək və insan sevincinin gözəlliyini hiss etməyin əsl vaxtıdır. Təbiətdə olun, sevdiyiniz insanla ünsiyyət qurun. Əgər işsiz qala bilmirsinizsə, özünüzə qeyri-adi məşğuliyyət tapın və gündəlik praktikada tələb olunmayan istedadınızdan istifadə edin.

Dolça - Valideynlərlə, ailənin daha nüfuzlu nümayəndələri ilə ünsiyyət üçün münasib gündür. Məişət davranışı qaydaları və uşaqlıqdan mənimsənmiş mənəvi dəyərlər rəhbərlik, cəmiyyət, müttəfiqiniz və ya iş etikasının tələb etdiyi normalardan daha yaxın olacaq. Məhz bu vaxt ev və ailənin həyatınızda hansı yeri tutduğunu anlamaq imkanı əldə edəcəksiniz.

Balıqlar - Gün ərzində baş verəcək hadisələr sizin gündəlik həyata nə qədər bağlı olduğunuzu göstərəcək. Əgər mühacirət etmək və xaricdə işləmək üçün uzunmüddətli müqavilə bağlamaq istəyirsinizsə, düşünün ki, əcnəbilərlə öz ərazilərində ünsiyyət daha rahatdır, nəinki kökündən ayrılaraq yad həyata qoşulmaq.