İngiltərədə İQ testindən keçən bir qızın qazandığı bal hər kəsi heyrətə salıb.
"The Telegraph" qəzetinin verdiyi məlumata görə, Esseksdə yaşayan Lauren Marbl adlı 16 yaşlı qız İntellekt testində topladığı 161 balla Albert Eynşteyn, Bill Qeyts və Stepan Havkinqi keçib.
Rəqs etməyi, saunaya girməyi və qadın salonunda vaxt keçirməyi çox sevən gənc qız oxuduğu məktəbin ulduz şagirdlərindən biridir.
Taksi sürücüsü bir ata, evdar qadın bir ananın qızı olan Laurenin ən böyük arzusu Kembric universitetinin memarlıq fakultəsində oxumaq.
publika.az