Yaponiyanın Meteorologiya İdarəsi mart ayında sunami barədə xəbərdarlığın yeni sisteminin tətbiqinə başlayacaqdır.
2011-ci ilin martında Yaponiyanın şimal-şərqində 9 ballıq zəlzələ baş verdiyi zaman Meteorologiya İdarəsi həqiqətdə olduğundan daha kiçik ölçülü sunami barədə xəbərdarlıq etmişdi. Bunun baş verməsinin səbəbi isə hazırda mövcud olan xəbərdarlıq sisteminin 8 ballıq zəlzələyə hesablanması idi.
Meteorologiya İdarəsindən bildirmişlər ki, yeni sistemin hazırlanmasına iki il vaxt sərf edilsə də, o insanlara kifayət qədər faydalı olacaqdır.
AzerTac