Əsrarəngiz təbiətə malik Kiş
18.9.2019

Kiş - Şəki rayonunda, Kiş çayı sahilində yerləşən qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı Kis kimi çəkilir. Onun yazdığına görə, ilk xristian missionerlərindən biri olan Yenisey təqribən 74-cü ildə Uti vilayətinin Kis kəndinə gəlib kilsə tikib. Bu, bütün Cənubi Qafqaz ərazisində ilk xristianlıq məbədi olub.

Kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Burada öz mənbəyini Kiçik Qafqaz dağlarından götürən eyniadlı çay axır.