"Bakı Metropoliteni" QSC 18 Sentyabr - Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.
Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə,konsert proqramı dörd stansiyada təqdim ediləcək:
"Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq".
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və " Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:
- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;
- “Sahil” stansiyası – saat 12:00-13:30.
- “28 May” stansiyası – saat 13:00-14:30;
- "Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30.