3 yaşlı qız Enşteyndən də ağıllı çıxdı
15.2.2013

Rusiyalı 3 yaşlı qız Enşteyndən də ağıllı çıxıb. Alisa Amos adlı qızcığaz dünyanın ən ağıllı insanları sırasına daxil olub.

IQ testi nəticəsində müəyyən edilib ki, intellekt səviyyəsinə görə, uşaq nəinki həmyaşıdlarını, Albert Enşteyndə daxil olmaqla bir çox dahini belə geridə qoyur. Hazırda qız ailəsi ilə birlikdə Böyük Britaniyada yaşayır.

Mətbuatda yer alan məlumata görə, Vitali və Tatyana Amos əvəllər qızlarına görə, böyük narahatlıq keçiriblər. belə ki, qız iki yaşına kimi danışa bilməyib. Amma bir neçə aydan sonra Alisa nəinki danışmağı, saymağı, oxumağı öyrənərək dahilər sırasına düşüb.

Bundan əlavə 3 yaşlı qız mahnı oxuyur, rəqs edir, təsviri sənətlə,dekorativ incəsəntlə məşğul olur.

Zəka testi onun məntiq səviyyəsini 162 balla qiymətləndirib.Enşteyndə isə bu 160 bal olub. Bundan sonra vunderkind qız "Mensa"ya-yüksək səviyyəli intelektə malik insanların təşkilatına daxil olub. Dünya əhalisinin ancaq 1 faizi bu təşkilata üzvdür. Alisa ilə bərabər bura 18 məktəbyaşı çatmayan uşaqda daxildir.

ANS PRESS