Sabah jurnalistlərdən çıxarış üçün sənədlər toplanacaq
1.10.2019

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2 oktyabr tarixində, saat 10:00-da ölkə başçısı cənab İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.

Komitədən Trend-ə verilən məlumata görə, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.