“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal” nəşri yazıb.
Yazıda qeyd olunub ki, "Libra"nın maliyyə tərəfdaşları tənzimləyici qurumların diqqətini cəlb etmək istəmir və buna görə də, "Facebook"un onlar barədə ictimaiyyətin məlumatlandırılması tələbini yerinə yetirməyiblər.
"Libra"ya dəstək verən maliyyə qurumlarının sayının 20-yə yaxın olduğu bildirilir. Bu siyahıya “PayPal” ve “Stripe”ın da qoşula biləcəyi, lakin hələ ki, onların tərəddüd etdikləri deyilir.