"Bu gün jurnalistlər üçün inşa olunan ikinci binanın sakinləri ilə notarial qaydada müqavilələr (bağışlanma müqaviləsi) bağlanacaq".
Bunu "Report"a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
O bildirib ki, daha sonra həmin sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil veriləcək: "Dövlət Komitəsi də təyin etdiyi vaxtda SMS vasitəsilə sakinlərə məlumat göndərəcək. Bunun rüsumu ödəniləcək və elektron qaydada çıxarışlar alınacaq".
V.Səfərli xatırladıb ki, jurnalistlər üçün tikilən üçüncü bina 2020-ci ildə hazır olacaq: "Üçüncü bina 3 girişli 255 mənzildən ibarətdir. Gələn il vaxtı çatanda bütün meyar və şərtlər məlum olacaq. 4-cü binaya hazırlıq işləri barədə isə heçnə deyə bilmərəm. Yəqin ki, bu barədə məlumatlar gələn il bilinəcək. Hələ ki, bir şey yoxdur".