Aparılan sonuncu tədqiqatlardan sonra məlum olub ki, əfsanəvi renessans rəssamı Leonardo da Vinçi əslində “Mona Liza”nın bir şəklini yox, ikisini çəkibmiş. Şəklin yeganə olduğu barədə güman səhviymiş.
Bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb.
Uzun illər idi ki, “Mona Liza”nın surətinin naməlum rəssama aid olduğu güman edilirdi, ancaq indi onun elə da Vinçiyə məxsus olduğu məlum olub.
“Ayzeluotr Mona Lizası” adlı rəsm əsəri isveçrə bankının seyfində saxlanılırdı, o yenidən tədqiq edilmək üçün götürülmüşdü. Rəsm əsərindəki qız klassik “Mona Liza”dan daha cavan görünür.
İsveçrəli incəsənət mütəxəssisləri kətan parça üzərində radiokarbon analizi aparıblar. Analizin nəticələri bu rəsm əsərinin hər kəsə məlum olan şedevrdən daha əvvəl çəkildiyini isbat etməyə yardım edib. “Ayzeluotr Mona Lizası”nın 1410-55-ci illər arasında çəkildiyi bəlli olub, bu isə klassik “Mina Liza”nın çəkildiyi tarixdən daha öncəyə təsadüf edir.
Maraqlıdır ki, “Ayzeluotr Mona Lizası” adı müəllifə məxsus deyil. Əsər Londonun ətrafındakı bölgələrdən birininə şərəfinə belə adlandırılıb. Kolleksioner Hyu Beleker əsəri amerikalı həmkarına satmazdan əvvəl onu burada saxlayırmış. Sonuncu şəxs ömrünün böyük hissəsini əsərin kimə məxsus olduğunu araşdırmağa sərf edib.
ANN.Az