Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçiriləcək
3.10.2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə rəhbər şəxslər üçün “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçiriləcək.

Cari ilin 18 oktyabr tarixində təşkil olunacaq təlimin məqsədi rəhbər şəxslərin müasir kibertəhlükəsizlik sahəsində mövcud olan risklər və bu risklərin qarşısının necə alınması üzrə biliklərinin, əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılmasıdır.

“Kibertəhlükəsizliyin əsasları” (Cybersecurity essentials), “İnformasiya təhlükəsizliyi standartları” (Information security standards), “İnformasiya təhlükəsizliyi: texnologiya və həllər” (Information security tech and solutions), “Kibertəhlükəsizlik trendləri” (Cybersecurity trends) maarifləndirici tədbirin əsas mövzularını təşkil edəcək.

İstənilən qurum və şirkətin rəhbər şəxsləri təlimdə ödənişsiz iştirak edə bilərlər.

Bu link http://bit.ly/2ns9w4O vasitəsilə iştirak üçün qeydiyyatdan keçmək mümkündür.