Masallı rayonunun Boradigah qəsəbəsində qeyri-adi quzu doğulub. Belə ki, 2 gündür dünyaya gələn quzunun bir gözü var. Onun ağzı və dili isə insanın ağzına və dilinə bənzəyir. Quzunun sahibi 65 yaşlı Yusif Muradov bildirdi ki, uzun illərdir heyvandarlıqla məşğul olmasına baxmayaraq, bu cür hadisə ilə ilk dəfə qarşılaşır.
Onun sözlərinə görə, quzu ayaqları üstündə normal dura bilmir. Amma qidalanması yaxşıdır.
"Quzunun iki gözünün əvəzinə alnının ortasında bir gözü var. Ən qəribəsi odur ki, onun ağzı və dili insanın ağzına və dilinə oxşayır. Amma heyvan normal yeyir",- deyə Yusif Mudarov bildirib.
ANS PRESS