Arxipelaqın qərbindəki son ada olan El Yerronun sahillərində Rixter şkalası ilə 4,4 bal gücündə sualtı zəlzələ sakitləşmir. İspaniyanın ərazisi sayılan El Yerronun yaındakı okean bölgəsində püskürən vulkan yeni ada yaratmaqdadır.
Mütəxəssislərin hesablamalarına görə, 20 metr yüksəkliyə maqma püskürmüş vulkanın zirvəsi su səthindən artıq cəmi 70 metr aşağıdadır.
El Yerro sakinləri isə püskürməyə davam edən vulkanın yaratmaqda olduğu adaya ad fikirləşməyə başlayıblar. Vulkan El Yerronun lap yaxınlığında olduğundan, yeni ada yaranarsa, köhnə adaya birləşəcək.
Hələliksə vulkan sönməyib və püskürmənin ətrafında okean suyunun hərarəti 35 dərəcəyə çatıb.
Vulkan El Yerro adasında La Restinya şəhərciyinin sahilində yerləşdiyindən, yerli sakinlər qorxu içindədirlər.
Video