Yakutiyada 145 karatlıq nadir sarı almaz tapılıb. Qiymətli daş yanvarın sonlarında tapılsa da, ekspertlər üzərində araşdırma apardığı üçün bu barədə məlumat yalnız fevralın 13-də açıqlanmışdır.
Sarı çalarlı şəffaf almaz səkkizüzlüdür. Ekspertlər nadir almazın hərracda ən azı 1 milyon dollara satılacağını bildirmişlər.
AzərTac