London Elm Muzeyində “dünyada ilk bionik insan” kimi elan edilmiş “Reks” adlı robot təqdim olunmuşdur.
Süni insan orqanlarından ibarət olan “Reks” böyrək, dalaq, hətta nəfəs borusuna malikdir. “Reks”də süni qanı damarlara ötürən ürək də vardır. Bundan başqa, “ilk bionik insan” görmək, danışmaq və eşitmək qabiliyyətinə də malikdir.
Shadow robot-texnika şirkətinin yaradıcılarına bu texniki möcüzə 1.000 000 ABŞ dollarına başa gəlmişdir.
AzərTac