"Kartlı Bazarlıq" bir iştirakçıya da super-priz qazandırdı
18.2.2013

Kapital Bankın “Kartlı Bazarlıq” kampaniyasının daha bir super-prizi öz sahibini tapıb. Bu, Markin Roman Andreeviçdir. Roman Xudu Məmmədov - 10 ünvanında yerləşən “Bizim market” mağazasında alış-veriş edərkən “Kartlı Bazarlıq”da iştirak etməyə qərar verib. Və ən son model Blackberry mobil telefonu udub. Hədiyyə ona Kapital Bankın Baş ofisində təqdim edilib.

“Kartlı Bazarlığ”ın təşkilində məqsəd müştəriləri nağdsız ödənişlərə həvəsləndirməkdir. Kampaniya “Bizim market”, "Premium” və “Grandmart” supermarketlərində keçirilir. Uduş arzusunda olan müştərilər bircə tələbə əməl etməlidirlər: alış-veriş zamanı ödənişi Kapital Bankın POS-terminalı vasitəsilə aparmaq. Müştərinin ölkəmizdəki banklardan hansının ödəniş kartına sahib olması fərq etmir, bütün yerli bankların ödəniş kartları keçərlidir. “Bizim market”, "Premium” və “Grandmart” şəbəkələrinin Bakıdakı istənilən supermarketlərinin bir dəfəyə ən azı 50 manatlıq alış-veriş edən və ödənişi Kapital Bankın həmin mağazalardakı POS-terminalı vasitəsilə aparan hər bir alıcıya “Kartlı bazarlıq-2” lotereya kartı verilir.
Müştəri kartın arxasındakı zolağı elə oradaca pozur, uduşlu kartı, POS-terminal çekini və şəxsiyyət vəsiqəsini kampaniyanın mağazadakı təmsilçisinə təqdim edərək müxtəlif hədiyyələrdən birini özü ilə aparır. Uduşa çıxarılmış hədiyyələr müxtəlif məbləğli SİM və Cin danışıq kartlarıdır. Super prizlər isə Blackberry, İphone4 mobil telefonları, rəqəmsal fotoaparatlardır. Kampaniya barədə Kapital Bankın www.kapitalbank.az saytından, yaxud 196 nömrəli müştəri xidmətindən əlavə məlumat almaq olar.

milli.az