Seyyid Mahmud Şərif: Misir ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr yüksək səviyyədədir
22.10.2019

Misir Parlamentinin spikeri Əli Əbdül-Al, Parlamentin I vitse spikeri Seyyid Mahmud Şərifi Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə əlaqədar medalla təltif olunması münasibətilə təbrik edib.

Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, spiker təbrikini Parlamentdə keçirilən iclasda çatdırıb.

Misir Parlamentinin I vitse spikeri Seyyid Mahmud Şərif öz adından Azərbaycan dövlətinin ona göstərdiyi yüksək etimada görə dərin təşəkkürünü bildirib, Misir ilə Azərbaycanın dost ölkələr olduğunu, iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyəyə çatdığını vurğulayıb və Azərbaycan Diplomatiyasının 100 illiyinə həsr olunan medalla təltif olunmasının qürurverici olduğunu deyib.

Qeyd edək ki, Misir Parlamentinin spikeri Əli Əbdül-Alın Seyyid Şərifi təbrik etməsi Misir mətbuatında geniş şəkildə işıqlandırılıb.