Meteorit hər yana "baş çəkir"?
18.2.2013

Kaliforniya səmasındakı cismin meteorit olduğu istisna edilmir. ABŞ-ın Kaliforniya ştatı səmasında naməlum obyekt görünüb. San-Fransisko şəhərinə gedən şəxsin avtomobilindəki videoqeydiyyatçı vasitəsilə səmada parlaq kürənin sürətlə yerə düşdüyü görünür. Odlu kürə bir neçə saniyə ərzində göründükdən sonra gözdən itib. Parlaq cismin meteorit olduğu istisna edilmir.

Xatırladaq ki, buna bənzər hadisə Kaliforniyada ötən ilin oktyabrında qeydə alınmışdı. Sonradan 63 qram çəkisi olan meteoritin evlərdən birinin damına düşdüyü müəyyənləşdirilmişdi.

Milli.Az