"İki ətirli qızılgül" tamaşası
18.2.2013

Yalnız 18 və 19 may Azərbaycan Dövlət Rus Dram teatrında məşhur teatr və kino artistinin iştirakı ilə "İki ətirli qızılgül" musiqli komediyasının premyerası olacaq.

Müəllif: Emilio Karbalido, rejissor: Nina Çusova. Tamaşada iştirak edirlər: RF-nın xalq artisti - Larisa Udoviçenko, RF-nın əməkdar artistləri - Janna Epple, Evklid Kyurdzidis, artistlər: Pavel Efremov, Sergey Krivov, Andrey Karpov.

Musiqiçilər: Aleksey Sokolov, Arseniy Strokovskiy.

Emilio Karbalidonun pyesləri yalnız Meksikada deyil, həm də Latın Amerikasının digər ölkələri, o cümlədən Avropa və ABŞ-da uğurla səhnədə qoyulub. Pyes ilk dəfə rus dilinə tərcümə edilib. “İki ətirli qızılgül” – bir kişini sevən iki qadın haqqında hekayədir. Onlar biri-birindən xəbərsizdir. Tamaşada aktyorlar tamamilə gözlənilməz surətlərdə qarşımıza çıxırlar. Bu komediyada çox sayda zarafat, rəqs və musiqi var. Bu isə tamaşanı əsl musiqili şouya çevirir.

Biletlər teatrın kassasında və mərkəzləşdirilmiş kassalarda artıq satışdadır.

citylife.az