Bakının Səbail və Yasamal rayonlarına içməli su fasilələrlə veriləcək
19.2.2013

Fevralın 19-20-də Bakının Səbail və Yasamal rayonlarının bəzi yerlərində içməli suyun təchizatında məhdudiyyətlər yaranacaq.

«Azərsu» ASC-dən verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə paytaxtın Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur: «Bununla əlaqədar fevralın 19-20-də Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək. Yaranmış narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyirik».

APA