Populyar teatr və kino aktyoru Viktor Bıçkov ilə görüş keçiriləcəkdir
19.2.2013

Martın 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Milli kinonun xüsusiyyətləri” adlı solo konsert keçiriləcəkdir.
Teatrın mətbuat xidmətindən bildirilmişdir ki, tədbirdə tamaşaçıları Rusiya Dövlət mükafatı laureatı, “Qızıl qartal” (“Zolotoy oryol”) kino mükafatı laureatı, populyar teatr və kino artisti Viktor Bıçkov ilə görüş gözləyir.
Artıq on beş ildir ki, onun sözlərinə tamaşaçılar gülür, “Milli ovun xüsusiyyətləri”, “Milli balıqçılığın xüsusiyyətləri” və digər filmlərə baxmaqdan doymurlar. Bu dəfə isə tamaşaçılar “Qeyri-adi kordon”un qonağı olmaqla yanaşı, ov etmək və balıq tutmaqla yanaşı, əfsanəvi filmin davamının iştirakçısı ola biləcəklər.

AzərTAc