Fevralın 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Azərbaycan Respublikası “Qırmızı kitab”ının ikinci nəşrinin ilk variantı müzakirə olunmuşdur.
Müzakirədə ETSN-nin mütəxəssisləri ilə yanaşı, ekologiya ilə məşğul olan elmi-tədqiqat müəssisələrinin və QHT-lərin nümayəndələri iştirak etmişlər.
Tədbirdə “Qırmızı kitab”ın ilkin variantı haqda məlumat verilmiş, çıxışlar dinlənilmiş və müzakirələr aparılmışdır.
AzərTAc