Mərakeşin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda bu ölkədə istehsal olunan 6 filmin nümayişi təşkil ediləcək. Səfirlikdən verilən məlumata görə, fevralın 26-da “Böyük Villa”, fevralın 27-də “Moşe, hara gedirsən?”, martın 5-də “Pasollinini gözləyirəm”, martın 3-də “Xarbuşa”, martın 12-də “Əlvida analar” və martın 13-də “Bir güləşçi tarixi” adlı filmlərin nümayişləri keçiriləcək.
Filmlər ödənişsiz olaraq qeyd olunan tarixlərdə saat 19:00-da “Landmar” otelində göstəriləcək.
APA