Qoç - Günün birinci yarısı uzun müddətdir üzərində əziyyət çəkdiyiniz işlərin müvəffəqiyyətlə və tez bir zamanda həllinə yönələn ciddi səylər vaxtıdır. Təəssüf ki, yaxın zamanda qələbə görünmür. Nə güc, nə məqsədə çatmaq istəyi, nə də istənilən səddi aşmağa hazırlıq bunu dəyişə bilər. Əlverişsiz tendensiyaların təsiri ilə mübarizənin mənasız olduğunu anladıqda həyat daha asan olacaq. Əvvəllər gizli olan imkanlar dərhal üzə çıxacaq, kiçik də olsa, müsbət təzahürlər hiss olunmağa başlayacaq. Maddi sahədə işlər qaydasında getmir. Nəyə və necə qənaət etmək barədə ciddi şəkildə düşünmək lazım gələcək.
Buğa - Əksər problem və çətinliklərinizin əsl səbəbinin nədən ibarət olduğu barədə ciddi düşünsəniz, xeyli irəliyə gedə bilərsiniz. Bu gün istənilən ağır yükdən qurtulmaq (həyatı zəhərləyən xatirələri beyindən silmək, ümidləri doğrultmayan münasibətlərə son qoymaq və s.) üçün münasibdir. Sərt hərəkətlərə meyllisiniz və ünvanınıza xeyli tənqid səslənir. Hətta rəğbət bəslədiyiniz və hörmət etdiyiniz adamlar da bəzən kəskin danışırlar. Lakin öz daxili səsinizə daha diqqətlə qulaq asmaqda davam edin.
Əkizlər - Əgər son vaxtlar qarşınıza yeni məqsədlər qoyubsunuzsa, yavaş-yavaş onlara doğru hərəkətə başlamaq olar. Gün iş dəyişikliyi ilə bağlı ilkin danışıqlar, potensial partnyorlarla əməkdaşlıq şərtlərinin müzakirəsi üçün münasibdir. Maraqlı gələnləri seçsəniz, yanılmayacaqsınız. Məhz belə iş və layihələr ən perspektivliləri olacaq. Şəxsi münasibətləriniz ahəngdardır. Amma bunun üçün özünüzün də səyləriniz vacibdir. Nə vaxt zəiflik nümayiş etdirsəniz və hər şeyi öz axarına buraxsanız, dərhal anlaşılmazlıqlar və incikliklər başlayacaq.
Xərçəng - İşgüzar münasibətlərdəki gərginlik narahatlıq yaradır. Partnyorlarla dil tapmaq çətinləşir, kompromisə nail olmaq tamamilə qeyri-mümkün görünür. Bürcün bəzi nümayəndələri bundan sonra müstəqil şəkildə fəaliyyət göstərmək və ya yeni müttəfiqlər axtarmaq barədə düşünə bilərlər. Maraqlı təkliflər özünü çox gözlətməyəcək. İşlə bağlı şübhə və narahatlıqlar diqqətinizi şəxsi münasibətlərə yönəltməyə mane olur. Lakin yaxınlarınız diqqətinizə ehtiyac duyurlar və bunu hiss etmədikdə inciyirlər. Xərçəng valideynlər uşaqların problemləri ilə ciddi surətdə məşğul olmağa hazırlaşmalıdırlar.
Şir - Özünüzü azla da qane olduğunuza fantastik şəkildə inandıra bilsəniz, gün tam mənasız olmayacaq. Düzdür, bürcün bəzi nümayəndələrinin şah iştahasını azaltmaq mümkün deyil. Amma hazırkı şəraitdə bunun üçün çalışmaq lazımdır. Çünki bugünkü qələbələrinizə mikroskop altında baxmaq lazım gələcək. Yaxınlarınızın anlayışı və dəstəyi isə sevindirici məqamlardandır. Onların sizin üçün həm xoş sözü, həm şən zarafatı, həm də səbəbsiz kiçik hədiyyələri ola bilər. Uzun müddətdir öz “yarı”sını axtaran Şirlər qəfildən onu birbaşa yanlarında görəcəklər.
Qız - Sizinki gətirmir. Ulduzlar bu gün sizə qarşıdırlar. Hadisələrin əlverişsiz inkişafı çoxdan fikrinizdə tutduğunuz planları həyata keçirməyə mane olur. Gözlənilməz təsadüf karyeranızı təhlükə altında qoya bilər. Sakitliyiniz və rifahınızın asılı olduğu adamlarla münasibətlər gərginləşir. Ailə münaqişələri yeni fazaya keçir: artıq söhbət susqun bəyənməməkdən yox, açıq şəkildə pisləməkdən gedir. Əsl niyyətinizi başa düşən heç olmasa bir nəfəri tapmaq çox çətindir. Hamı niyyətlərinizi qara rəngdə görür.
Tərəzi - Maliyyə məsələlərini həll etmək olar. Mülklə bağlı mübahisələrdə üstünlük əldə etmək şansı var. Gün məmurlar, müvafiq təşkilatların nümayəndələri, eləcə də sənədlərin rəsmiləşdirilməsi üçün münasibdir. Yeni işgüzar münasibətlərə başlamaq arzuolunan deyil. Müqavilələrin imzalanmasını təxirə salmağınız daha yaxşıdır. Günün ikinci yarısında həmkarlarınızla fikir ayrılıqları mümkündür. Müttəfiqlərinizin sıralarının seyrələcəyi də istisna olunmur. İş problemləri əziz olan insanlarla ünsiyyətdən həzz almağa mane olmur. Gün həm dostlarla görüşmək, həm də romantik görüşlər üçün əlverişlidir.
Əqrəb - Yeni başladığınız işlərdə uğura şübhə etmirsiniz, rəhbərlik də nikbinliyinizi bölüşür. Nüfuzlu şəxslərin dəstəyi ruh verir. Bunun sayəsində bürokratik əngəlləri və digər maneələri aşmağa qadirsiniz. İş adamı Əqrəblərə biznesin genişləndirilməsi üçün pul lazım ola bilər. Sevdiyiniz şəxslə münasibətlərdə problemlər mümkündür. Özünüzü çox qaba, bəzən isə aqressiv aparırsınız. Bu isə harmoniya və qarşılıqlı anlaşma ilə uyğun gəlmir. Daha çox sülhpərvərlik nümayiş etdirməyə çalışın.
Oxatan - Nə qədər səy göstərsəniz də, işləri ölü nöqtədən tərpətmək olmur. Partnyorlar fəaliyyətsiz, şərait əlverişsizdir, ümumiyyətlə, işlər qaydasında getmir. Gün düşünmək və azad yaradıcılıq üçün daha münasibdir, nəinki hansısa siyasi məsələlərin həlli üçün. Ona görə də fantaziyanıza qanadlanmağa imkan yaradın, ağlınıza gələn parlaq ideyaları bir yerə yazmağı yaddan çıxarmayın. Çox səbrsizsiniz. Bu, sizin bugünkü ritminizə uyğunlaşa bilməyən yaxınlarınızı əsəbiləşdirəcək. Bir çox xırda fikir ayrılıqları və incikliklərin qarşısını almaq üçün bir qədər “yavaşımaq” kifayətdir.
Oğlaq - Bugünkü uğurlar bu və ya digər şəkildə maliyyədən asılıdır. Sərfəli sövdələşmələr mümkündür, planlaşdırılmamış mədaxil istisna olunmur. Ayıq olmaq lazımdır. Çünki ətrafda sizin pullarınızdan öz maraqları üçün istifadə etmək istəyən adamlar kifayət qədərdir. Həyata keçirilməsi ilə birbaşa əlaqəsi olmayan şəxslərlə uzağa gedən planlarınızı müzakirə etməyiniz məsləhət deyil. Şəxsi münasibətlərdə sürpriz olmayacaq. Bu sahədə əhəmiyyətli dəyişiklik gözlənilmir.
Dolça - Peşə fəaliyyəti baxımından pis gün deyil. Xidmətlərinizə görə qiymətli mükafat almaq, vəzifənizin və ya maaşınızın artırılması şansı var. Sərt rəqabətə hazır olun. Amma dəqiq bilin ki, bu mübarizədən qalib çıxacaqsınız. Sizin üçün də cazibədar olan sahədə son vaxtlar böyük uğurlara nail olan adamdan dəstək ala bilərsiniz. Yaxınlarınızla münasibətləri yoluna qoymağa çox çalışırsınız. Amma tam və mütləq harmoniyaya nail olmaq mümkün deyil. Nəsə dərinin altındakı tikan kimi sizi çox narahat edir. Gözləyin və müşahidə edin. Tezliklə hər şey aydınlaşacaq.
Balıqlar - İdeya və təklifləriniz iş partnyorlarınızı sevindirmir. Bu isə sizin xətrinizə dəyir. Tənqidi ürəyinizə salırsınız. Özünüzü uğursuz adam hesab etməniz üçün təsadüfi irad kifayətdir. Sizi nəyə görəsə tərifləyən adamı tapın və həyatınız daha da gözəlləşəcək. Görsəniz ki, bu adamı da tapa bilmirsiniz, özünüz özünüzü tərifləyin. Üç dəfə. Bugünkü romantik tanışlıqlara bel bağlamağa dəyməz. Müsbət emosiyalar mümkündür. Amma daha ciddi şeylər gözləməyin. Təəssüflənməyə dəyməz. Ən azı vaxtınızı keçirərsiniz.