ABŞ futbolçuları Bakıya gəlir
19.2.2013

Bu ilin may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III "Caspian Cup" beynəlxalq turniri keçiriləcək.

Turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Amerika Birləşmiş Ştatları Futbol Federasiyasından göndərilib.

Beləliklə, müvafiq yaş qrupundan ibarət ABŞ yığması III "Caspian Cup" beynəlxalq turnirində iştirak edəcək.

trend.az