Fevralın 18-də Rusiyanın Saxa-Yakutiya Respublikasındakı Oymyakon kəndində rekord səviyyədə şaxta qeydə alınmışdır. Havanın temperaturu - 71 dərəcəyə düşmüşdür.
İndiqirka çayının sahilindəki bu kənddə təxminən 500 nəfər yaşayır. 1920-1930-cu illərdə bu kənd maral otaranlar üçün müvəqqəti düşərgə olmuşdur.
Kəndin adının mənası yakut dilində “donmayan bulaq” deməkdir. Çünki kəndin yanında isti sulu bulaq vardır.
Oymyakonda o qədər soyuqdur ki, burada yaşayanlar maşınları və traktorları qış başlayan vaxtdan söndürmürlər. Əgər mühərrik söndürülərsə sonradan onu işə salmaq mümkün olmaz.
AzərTac