ABŞ-da 36 yaşlı Tressa Montalvo bir gündə iki dəfə əkiz uşaq dünyaya gətirməklə səhiyyə tarixində sensasiya yaratmışdır
20.2.2013

ABŞ-ın Texas ştatında yaşayan 36 yaşlı Tressa Montalvo bir gündə 2 dəfə əkiz uşaq dünyaya gətirməklə səhiyyə tarixində sensasiya yaratmışdır.
Otuz bir həftəlik hamilə olan Tressanın kəskin sancıları başlayandan sonra aparıldığı hospitalın həkimləri sonradan necə heyrətlənəcəklərini, təbii ki, bilməzdilər.
Tressa əvvəlcə əkiz oğlunu dünyaya gətirmişdir. Bir dəqiqədən sonra isə onun daha əkiz oğlu da dünyaya göz açmışdır.
“İlk” əkizlərə Eys və Bleyn, “sonrakı” əkizlərə isə Keş və Dilan adları verilmişdir.

AzərTac