Gangnam Style kariesin qarşısını alır
20.2.2013

Britaniyalı stomatoloqlar valideynlərə məsləhət görürlər ki, uşaqları dişlərini təmizləyərkən Gangnam Style oxutsunlar və uşaqlara diş fırçasını mahnıya uyğun tərpətməyə kömək etsinlər.

Mütəxəssislət əmindirlər ki, PSY-ın ifa etdiyi bu mahnı dişlərin təmizlənməsi üçün ideal ritm və musiqi ölçüsünə malikdir.

Aquafresh şirkətinin mütəxəssisi bildirib: uşaqlar dişlərini təmizləyərkən çənənin hər tərəfinə 35 dəfə hərəkət etməlidirlər. Mahnının isə hər kupletində 8 takt var. Beləcə uşaqlar mahnıya uyğun hərəkət edərək onu dinləyərək ideal şəkildə dişlərini təmizləyə bilərlər.

publika.az