Maykl Ceksonun oğlu televiziyaya çıxdı
20.2.2013

“Pop musiqisinin kralı” Maykl Ceksonun böyük oğlu “Entertainment Tonight” telekanalının xüsusi müxbiri kimi televiziyada çıxış edib.

Maykl Ceksonun 16 yaşlı oğlunun Disneyin “Öz ölkəsinin qəribə sehrbazı” (2013) filminin rejissoru və aktyorları ilə söhbəti canlı efirdə göstərilib.

Şahzadə Ceksonun çəkilişlərə 2 həftə hazırlaşdığı bildirilir. Əfsanəvi müğənninin varisi jurnalistika kurslarını bitirib və gələcəkdə professional prodüser, ssenarist və aktyor olmağı arzulayır.

Gün.Az