Fevralın 21-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək, fevralın 22-də isə nisbətən mülayim hava şəraiti müşahidə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev çərşənbə günü bildirib ki, fevralın 21-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, arabir yağış yağacağı gözlənilir. Çənuib küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 7-10 dərəcə isti olacaq.
Fevralın 22-də isə Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, arabir tutulacağı, əsasən, yağmursuz olacağı gözlənilir. Mülayim çənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 6-10 dərəcə isti olacaq.
Azərbaycanın Aran rayonlarında fevralın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Aran rayonlarında havanın temperaturu gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gündüz 0-5 dərəcə isti gözlənilir.
Fevralın 22-də Azərbaycanın bölgələrində əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq.. Aran rayonlarında havanın temperaturu gündüz 8-13 dərəcə isti, dağlıq rayonlarda gündüz 2-7 dərəcə isti gözlənilir.
trend.az