Rusiyaya meteorit, İngiltərəyə isə jele yağdı
20.2.2013

Rusiyanın Çelyabinsk vilayətinə yağan meteorit yağışının ardından Britaniyanın Somerset qraflığındakı qoruq jeleyəbənzər naməlum məhlulla dolub.

Qoruğun ayarı-ayrı yerlərinə düşən bu mənşəyi naməlum maddənin Rusiyaya düşən meoritlə əıaqəli olduğu düşünülür.

Məhlula "ulduz jelesi" adı verən alimlər bunun nə olduğunu aydınlaşdıra bilmirlər.

Bu qəribə məhlul Britaniyaya birinci dəfə düşmür. 2009-cu ildə Şotlandiyanın dağlıq hissəsində yerləşən Bornmut kurort şəhərində yaşayan bir yerli sakin öz bağçasından bu jele hissələrini tapmışdı. O zaman alimlər bunun hansısa bir dəniz onurğasızının yumurtası olduğunu təxmin etmişdilər.

publika.az